Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş “Atalar və oğullar” adlı sənədli filmin anonsu hazırlanıb.
Azadmedia.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Afaq Əhmədova məlumat verib.
"Filmin anonsu artıq hazırdır. Film 30 sentyabr, saat 21:00-da Azərbaycan Televiziyasının efirində yayımlanacaq", - A.Əhmədova deyib.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Elnur Məmmədov, quruluşçu operatoru Cavid Əliyev, operatorları Seymur İsmayılov və Kamran Soduyevdir. Sənədli film Vətən müharibəsində iştirak etmiş 9 qəhrəmanın döyüş yolundan bəhs edir.