AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Dövlət Müstəqillik günü”nə həsr olunmuş taekvondo yarışı keçirilib - Foto

  • + A
  • - A
  • 5-10-2021, 18:05


    Masallıda “Dövlət Müstəqillik günü”nə həsr olunmuş taekvondo yarışı keçirilib

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 02-03 oktyabr 2021-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı rayon Taekvondo Mərkəzində 18 oktyabr Dövlət Müstəqilliyi gününə həsr olunmuş azyaşlı uşaq, uşaqlar, yeniyetmə və gənc oğlan və qızlar arasında taekvondo idman növü üzrə Masallı rayon açıq yoldaşlıq görüşü keçirilib.

    Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşünə respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo klublarında məşğul olan və müvafiq hazırlığa malik olan 48kq çəki dərəcələrində idmançılar qatılıb. Belə ki, 120 nəfərə yaxın idmançının iştirak etdiyi yoldaşlıq görüşü iki gün davam edib.

    Tədbirin Mükafatlandırma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İdman və İdmançılara göstərdiyi diqqət və qayğısından danışaraq, yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkili, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, dostluq əlaqələrinin təbliği, idmanın kütləviliyinə nail olmaq, respublikada, eləcə də Masallı rayonunda taekvondo idman növünün geniş təbliği, uşaq və yeniyetmələrin bu idman növünə marağın artırılması və inkişaf etdirilməsindən ibarət olduğunu bildirib. Beləliklə , 4 yaş qrupu üzrə keçirilən yarışda şəhər və rayonlardan olan idmançılar tatami üzərində öz güclərini sınayıblar.

    Yarışın yekununda Masallı rayonu I yerə, Bakı şəhərinin “Alpman” klubu II yerə, Tovuz rayonu III yerə layiq görülüb.

    Yarışlarda qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR