AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasəmən Qaraqoyunlu - “Azərbaycan jeokültürəl baxımdan Türkləşirsə Turan, Türksüzləşirsə İran olur” - Özəl

  • + A
  • - A
  • 25-10-2021, 22:34



    Azərbaycan jeokültürəl baxımdan Türkləşirsə Turan, Türksüzləşirsə İran olur.


    Yasəmən Qaraqoyunlu - AMEA-nın əməkdaşı


    Türkiyə ilə Azərbaycan arasında torpaq qırılması Ermənistanla başlarsa, Düşüncə və Zehniyyət qırılması, etnik və kültür qırılması "azərbaycan dili"ndə danışan, özünü "azərbaycanlı milləti" adlandıran kəsimlə başlar.

    Bu kəsim Türkiyə ilə Türküstan arasında türk millətindən fərqli, xüsusi "azərbaycanlı" identikliyi formalaştırmaqla Türkiyə və Türküstanı kültür, etnik və zehniyyət baxımından bölməyi hədəfləyir.

    Bu kəsim Ermənistan qədər təhlükəli, Türk və Türkiyənin gizli düşməni.

    Bu kəsimin məqsədi, Azərbaycanı Türkiyə və Türküstan arasında türksüz "azərbaycanlı" bufer dövlətinə çevirməkdir. Azərbaycanda SSRİ dönəmində yayınlanmış bütün akademik çalışmaların amacı da bu olmuşdur.

    Türk kimliyindən uzaqlaşdırılmış, qopmuş xüsusi bir "azərbaycanlı" tip formalaştırılmışdır. Bu kəsim Rusiyanın və İranın forpostu olan bir Azərbaycan təsəvvürünə sahibdir. Türk dünyasının qırılma mərkəzi Azərbaycandır. Azərbaycan jeokültürəl baxımından türkləşirsə Turan, türksüzləşirsə (türksüzləşdirilirsə) İran olur.

    Türksüz Azərbaycan projesi jeokültürəl və jeopolitik, jeostrateji baxımdan bütün Avrasiyadakı dəngələri dəyişdiyi kimi, Türk Azərbaycanı da dəngələri dəyişir.

    Türkiyə ilə Azərbaycan arasındakı, Türkiyə ilə Türküstan arasındakı bütün çatlaqları qapadan yeni siyasi elitaya, yeni baxış acısına, yeni aydın kadrosuna ehtiyac vardır
    .


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR