AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - Video

  • + A
  • - A
  • 29-11-2021, 09:34


    "Görüş çox yaxşı keçdi, yaxşı söhbət etdik. Dost, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında çox yaxşı söhbət etdik. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək".

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin imzalanmasından sonra jurnalistlərə açıqlamasında deyib.

    Prezident açıqlamasında bildirib ki, xalqlarımız qardaş xalqlardır: "Ölkələrimiz qardaş ölkələrdir. Bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir".

    Daha sonra iranlı jurnalist dövlət başçısına imzalanan sənədlə bağlı Azərbaycan dilində sual ünvanlayıb və Prezident sualı belə cavablayıb: "Sənəd də imzalandı. Bunun çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, çox gözəl üçtərəfli əməkdaşlıq üçün də zəmindir və bizim niyyətimizi göstərir. Bu, imzalanmış sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəmi var”.

    İran Prezidenti İbrahim Rəisi isə qeyd edib ki, Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir: “Bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaəqlərdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu. İki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan-İran-Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimiz arasındakı əlaqələrin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi çoxsaylı addımların atılması zəruridir. İki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit məsələləri iki ölkə arasında əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir və bundan sonra da genişlənməli və inkişaf etməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR