Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “qara siyahı”sına 101 nəfər daxildir.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq AZAL-dan məlumat verilib.
Bildirilib ki, 2021-ci il 1 yanvar tarixindən etibarən siyahıdan 16 nəfərin adı çıxarılıb.
Qeyd edək ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.