ASİAD - Anadolu Birləşdirici ve Sənayeçi İş Dünyası dərnəyi başqanı iş adamı Yücel Yalçınkaya və dünyanın dörd bir yanından bütün ASİAD başqanları və üzvləri Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı xalqımıza başsağlığı verdi.
Azadmedia.az xəbər verir ki, ASİAD Genel başqanı Y.Yalçınkayanın rəsmi səhifəsində deyilir-
“Bu gün, qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya düşməsi xəbəri hər birimizi dərindən kədərləndirdi. Bu faciəli hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı və ailələrinə səbr diləyirik, Azərbaycan-Türkiyə qardaşlığı perspektivində bütün Türk millətinin başı sağ olsun!”