AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağakərimə iynə vururlar ki, ayılmasın? – Şok iddia

  • + A
  • - A
  • 7-12-2021, 15:35




    Bir neçə gün öncə meyxanaçı Ağakərimi ziyarət etməyə gedən, ancaq qapının üzünə açılmadığını bildirən və qapı ağzından video yayan qiraətçi Nazilə Səfərli sensasion iddia ilə çıxış edib.

    Azadmedia.az Kult.az-a istinadən xəbər verir ki, Nazilə Səfərli Maştağada Ağakərim Novruzovun evinin önündən yaydığı videoya cavab verən meyxanaçının oğlu Kərimin iddialarına sərt reaksiya göstərib.

    O, Kərimi qapını açmağa cəsarəti olmayan “səy gedə” adlandırıb və onu atasının xəstəliyindən sui-istifadədə günahlandırıb:

    “Atasının xəstəliyindən istifadə edib mülklərini satan bivec oğul! Psixotrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”

    Bu ittihamlara Kərim cavab verməyib.

    Ağakərimin yaxın dostu Ağamirzə Məmmədov isə bu məsələlərdən xəbəri olmadığını bildirib:

    “Mənim həqiqətən xəbərim yoxdur, məni söhbətə qatmayın. Nazilə Səfərli aləmi niyə qatır, bilmirəm... Oğlu ilə əlaqə saxlayın.

    Öz işlərimə başım qarışıb. Dostumu ziyarət etmək istəyəndə bir-iki gün əvvəlcədən oğlu Kamil və ya bacısı oğlu ilə danışırıq, sonra gedib onu görə bilirəm. Vəziyyəti çox pisdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR