“Əmək bazarına yeni girən şəxslərin öz ixtisasları üzrə iş tapmalarında çətinlik var”.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.
O bildirib ki, xanımlar kişilərə nisbətən iş tapmaqda hələ də çətinlik çəkirlər:
“Bu istiqamətdə görülən işlər nisbəti azaltsa da, hələ də bu problem qalmaqdadır. Bunun aradan qaldırılması üçün məşğulluq proqramları tərtib edilir fərdi məşğulluq planı çərçivəsində onların ixtisaslarına uyğun seçimlər tapılacaq. Onların ixtisasları ilə bağlı əmək bazarında vakansiyalar olmazsa, onların üzərində də təkmilləşdirmə işləri aparılacaq. Bu mexanizmlərin artıq icrasına başlanılıb. Bu problemləri həll etmək üçün biz məşğulluq proqramlarını təkmilləşdiririk”.
“Bu gün nazirliyin 175 xidmətindən 103 üçün elektron formada həyata keçirilir. Növbəti ilin sonuna qədər daha 53 xidmət elektronlaşdırılması və səmərəli şəkildə vətəndaşlara təqdim ediləcək. Cari ilin 11 ayı ərzində 12 milyona qədər elektron xidmət göstərilib”, - deyə nazir qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.