AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TADEF-in üzvü, İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr edilmiş tədbir keçirilib - ÖZƏL

  • + A
  • - A
  • 9-12-2021, 01:29



    İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Anım günü ilə bağlı tədbir təşkil olunub.

    Azadmedia.az-a TADEF mətbuat xidmətindən verilən məlumata görə, Dekabrın 8-də Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvü olan İstanbul-Azəbaycan Dostluq Dərnəyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş tədbir keçirilib.


    Belə ki, tədbirdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının Başqan vəkili Pərviz Məmmədzadə, “VEFA” Beynəlxalq Humanitar Yardım Təşkilatının Sədri Musab Aydın və təmsilçiləri, Türkiyə-Bosna Sancaq Dərnəyinin təmsilçiləri, Dünya Azərbaycanlıları Yazarlar və Medya Dərnəyinin sədri Kəbutər Haqverdi, "4 Ünsür" Dərnəyinin sədri Vəfa Aktüz, İstanbulda fəaliyyət göstərən Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimov adına Azərbaycan məktəbinin direktoru Məhsəti Şərif, məktəbin müəllim heyəti və şagird kollektivi, eləcə də, bir sıra QHT nümayəndələri iştirak ediblər.


    Tədbiri giriş sözü ilə açıq elan edən İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağasoy bütün iştirakçıları salamlayaraq, hər kəsi Ümummilli Lideri və Vətən müharibəsi uğrunda canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

    H.Ağasoy çıxışında, Ulu Öndər Heydər Əliyevin bir siyasi lider olaraq çağdaş Azərbaycanın və xalqın həyatında oynadığı böyük rolundan bəhs edib. Ümummilli Liderin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, hər zaman minnət və sevgi ilə anılacağını vurğulayıb.

    Sonra tədbirdə, “VEFA” Beynəlxalq Humanitar Təşkilatının sədri Musab Aydın çıxış edərək Türkiyə və Azərbaycan dostluq və qardaşlığının əbədi və sarsılmaz olduğunu bildirib.

    Qeyd edək ki, sonda “VEFA” Beynəlxalq Təşkilatı tərəfindən, qış tətilinin başlaması münasibətilə 150 azərbaycanlı şagirdə hədiyyələr təqdim edilib.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR