AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqlimləndirmə Sənayesi İxracatçıları Birliyindən Azərbaycan Mühəndisləri üçün Seminar keçiriləcək - ÖZƏL

  • + A
  • - A
  • 9-12-2021, 13:19


    Türkiyənin İqlimləndirmə Sənayesinin qlobal iş ortağı İqlimləndirmə Sənayesi İxracatçıları Birliyi (İSİB) iqlimləndirmə sənayesində çalışan mühəndis və mütəxəssislər üçün mühüm seminarın ilkini qardaş ölkə Azərbaycanda keçirəcək.
    Azadmedia.az-a Türkiyə Səfirliyindən verilən məlumata görə, İSİB idarə heyətinin sədri Mehmet Şanalın iştirakı ilə 20 dekabr 2021-ci il tarixində keçiriləcək seminarda Türkiyə Quraşdırma Mühəndisləri Dərnəyi (TTMD) mütəxəssisləri mexaniki sistemlərdən enerji səmərəliliyi, HVAC sistemlərinin istifadə yerlərinə görə dəyişikliklər və seçim müxtəlifliyinə kimi bir çox mövzuda məlumatlar paylaşılacaq.
    İSİB İdarə Heyətinin sədri Mehmet Şanal Azərbaycanda keçiriləcək seminarla bağlı açıqlamasında “Türkiyə İqlimləndirmə Sənayesi olaraq Türkiyədə peşəkar intellektuallığı artırmaq üçün həm rəqəmsal, həm də ənənəvi kommunikasiya kanallarında mühüm işlər həyata keçiririk.
    Azərbaycanda və xaricdə ilk dəfə keçirəcəyimiz bu mühüm seminarla xaricdəki tərəfdaşlarımızın da dünyadakı iqlimləndirmə trendləri, sistem arxitekturası və yaşıl texnologiyalar başda olmaqla bir çox mövzuda məlumatlandırılmasını təmin edəcəyik. İnanıram ki, Azərbaycandakı tərəfdaşlarımız bu seminardan alacaqları məlumatlar sayəsində üzərində işləyəcəkləri layihələrə yeni baxışlar əlavə edəcək.
    Həmçinin qarşıdakı aylarda yaxın coğrafiyalarda oxşar seminarları təkrarlayaraq böyük kütlələrə çıxış əldə edəcəyik. Düşünürük ki, dünyamızın iqlimləndirmə sektoruna dünənkindən daha çox ehtiyacı var”, - deyə bildirib.
    QEYD – Seminar “Yeni bina layihəsinə başlayarkən havalandırma sistemi necə seçilməlidir” adı altında Fairmont Oteldə keçiriləcək.
    Seminarda işitak edəcək şəxslər və mövzular:
    • Sağlam Bina Dizaynında Mexaniki Sistemlərin Əhəmiyyəti və Sistem Dizayn Təklifləri (Məruzəçi: Filiz Pehlivan )
    • Sənaye Binalarında Enerji Səmərəliliyi Fürsətləri (Məruzəçi: Hamit Mutlu)
    • Ticarət Mərkəzləri və Hava Limanı Terminal Binaları Nümunələri ilə HVAC Sistemi Seçim Meyarları, Hidronik Tətbiq Nümunələri (Məruzəçi: Meriç Sapçı)
    • Binalarda Soyutma Mərkəzi Seçiminin Prinsipləri (Məruzəçi: Oktay Güven)
    • Xəstəxanalarda HVAC Sisteminin Seçim Prinsipləri (Məruzəçi: Hakan Ercan)
    • Yüksək Enerji Performanslı Binalarda Mexaniki
    Quraşdırma Layihəsi (Məruzəçi: Bahri Türkmen)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR