Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi bu il 4 yaşını qeyd edir. Həyata keçirdiyimiz layihələri ənənəvi olaraq hər il hesabat şəklində ictimaiyyətə təqdim edirik.
İllərimizin sayı artdıqca üzərimizə götürdüyümüz missiya ilə vətəndaşlarımıza, özəlliklə əhalinin həssas qruplarına faydalı olmaq, dövlətçiliyimizə, bir sözlə, ölkəmizin inkişafına töhfələr verməyə çalışırıq. Xidmət meyarımız: peşəkarlıq və sədaqətdir.
RHİM İB bu meyara uyğun olaraq öz fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Qarabağ (ümumən Azərbaycan) həqiqətlərinin və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması, həmçinin Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin xaricdə təbliği, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi, şəhid ailələrinə, qazilərə, fiziki imkanları məhdud insanlara qayğı və belə qayğının təşviqi fəaliyyətimizd aparıcı yer tutmaqdadır. RHİM İB, öz adına da uyğun olaraq, müxtəlif mətbuat orqanlarında ardıcıl olaraq maarifləndirici çıxışlar, çoxsaylı kitabların nəşri və yaddaqalan tədbirlərin təşkili, ali dövlət rəhbərliyinin inkişaf strategiyasına dəstək məzmunlu aktual layihələrin həyata keçirilməsi və ya bu kimi layihələrə dəstək verilməsi istiqamətində fəal iş aparıb.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən Müharibəsi ölkəmizin şanlı qələbəsi ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində bizim torpaqlarda möhkəmləndirdiyi silahlı qüvvələrini darmadağın edib, böyük Zəfərə imza atdı. Dəmir Yumruq kimi birləşib və düşmənin başını əzərək, işğaldan azad etdiyimiz torpaqlarımıza insaniyyət, mədəniyyət, quruculuq, abaclıq qayıdır.
İndi qalib xalq kimi beynəlxalq aləmə üzüağ çıxırıq. Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım ƏIiyevanın şəhid ailələri və qazilərlə münasibətini xüsusi vurğulamaq istərdim. Mehriban xanım şəhid ailələrinə, qazilərimizə xüsusi sevgi ilə yanaşır, onların problemlərinin operativ şəkildə həll olunmasını təmin edir, şəhidlərimizin xatirələrinin yaşadılması üçün çoxşaxəli fəaliyyət göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı, dünyada sülhün, mədəniyyətlərarası dialoqun dəstəklənməsinə mühüm töhfə verir. Biz də vətəndaş cəmiyyətinin fəal üzvü olaraq, cənab Prezdentimizin və Mehriban xanımın bütün çağırışlarına qoşulub, Vətənə ləyaqətli xidmətimizi bundan sonra da davam etdirəcəyik.
Ötən ili 2021-ci ili pandemiya ortamında yaşasaq da, bir çox tədbirlər planı hazırlayıb, onları pandemiya şərtlərinə uyğun olaraq reallaşdırmışıq. Tədbirlərimizin əksəriyyəti onlayn şəkildə olsa da, şəhid ailələrimiz, qazilərimiz və ziyalılarımızla canlı görüşlər
keçirmişik.
Tədbirlərdə bizə yaxından kömək göstərən və dəstək olan Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya və onun rəhbərlik etdiyi, sıx əməkdaşlıq etdiyimiz "Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu"
İctimai Birliyinə öz dərin minnətdarlığımızı bildiririk. Hər zaman yanımızda olan dostlara, KİV nümayəndələrinə gördüyümüz işləri dəyərləndirdikləri üçün sonsuz təşəkkür edirik.
Regional Hüquqi Və İqtisadi Maarifləndirmə İctimai Birliyinin
Sədri ARZU BAĞIROVA