Prezident tərəfindən Şəhid ailələrinə və qazilərə Bakının Ramana qəsəbəsində mənzillər təqdim olunub
Şəhid ailələrinə və qazilərə Bakının Ramana qəsəbəsində verilmiş mənzillər
Azərbaycanda şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğının əyani sübutudur.
Azərbaycanın bütövlüyü uğrunda Qarabağda gedən 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimizin ailələrinə, qəhrəmanlıq göstərmiş qazilərimizə dövlətimiz tərəfindən daim diqqət və qayğı layiqincə göstərilir.
Bu diqqət və qayğının təzahürüdür ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edərək kompleksdə yaradılan şəraitlə yaxından tanış olub.
Dövlətimizin başçısı görüşdə çıxış edərək, binaların yüksək keyfiyyətindən danışaraq yeni yaradılan imkanlar barədə geniş məlumat verib.
Vətən torpaqları uğrunda gənc yaşda silaha sarılan qəhrəman Azərbaycan oğulları Şanlı Zəfər tariximizi yazaraq bizə qələbə sevincini bəxş etdi. Xalqımız bir yumruq kimi birləşərək Vətənin müdafiəsinə qalxdı.
Torpaqlarımız uğrunda böyük şücaət, mərdlik göstərən qəhrəmanlarımız qarşısında baş əyirik, onlar ürəyimizdə və tariximizdə əbədi olaraq yaşayacaq və əziz xatirələri heç vaxt unudulmayacaqdır!
Masallı rayonu Təzəkənd kənd sakini,
fəal gənc, Aytən Abuşova
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR