Rusiyanın hücumu ilı bağlı ABŞ kəşfiyyatı əldə etdiyi məlumatı Ukraynaya bildirdi, ancaq Zelenski bu haqda eşitmək belə istəmədi.
Bu sözləri ABŞ Prezidenti Co Bayden Los-Ancelesdəki tədbirdə çıxışında deyib.
“Bilirəm, çoxları elə düşünürdü ki, mən şişirdirəm. Ancaq mən bilirdim: bizdə məlumat vardı ki, Rusiya Prezidenti Vladimir Putin sərhədi keçməyə hazırlaşır”, - Bayden bildirib.
Bayden deyib ki, onun buna heç bir şübhəsi yox idi, ancaq çoxları, o cümlədən Zelenski bu barədə eşitmək belə istəmirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.