AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Slovakiya Milli Şurasının sədri Şuşa şəhərinə səfər edib - FOTO

  • + A
  • - A
  • 11-06-2022, 20:43

    Slovakiya Milli Şurasının sədri Şuşa şəhərinə səfər edib - FOTO



    Slovakiya Milli Şurasının sədri Şuşa şəhərinə səfər edib.

    Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.

    Azadmedia.az xəbər verir ki, qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

    Şuşaya səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş bu hava limanının texniki imkanları barədə məlumat verilib. Slovakiya parlamentinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının və tikilməkdə olan Laçın hava limanının maketləri ilə də tanış olublar.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR