30 iyul 2021-ci il tarixində ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. Azərbaycan Respublikası ilə ABŞ-ın Oklahoma ştatı arasında 20 ildən artıq davam edən əməkdaşlıq ənənəsi 2019-cu ildən kənd təsərrüfatı sahəsini də əhatə etməyə başlayıb. ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu eyni zamanda Azərbaycanla Oklahoma ştatı arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edən vacib bir sənəddir. İmzalanan memorandum kənd təsərrüfatının ən vacib sahələrindən biri olan aqrar təhsil sahəsinin inkişafına müsbət təsir göstərəcək. Azərbaycan Dövlət Aqrar Universitetində bu gün müşahidə olunan yüksək inkişaf səviyyəsi Azərbaycanda aqrar təhsil sahəsinin inkişafı üçün nə qədər böyük maddi-texniki və elmi potensialın olduğunu göstərir. Biz səbirsizliklə Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin Oklahomaya gedərək öz təhsillərini davam etdirməsini, eyni zamanda Oklahoma Dövlət Universiteti tələbələrinin Gəncəyə gələrək burada təhsil almasını gözləyirik!
ADAU ilə ABŞ-ın Oklahoma Dövlət Universiteti arasında ikili diplom proqramının videoçarxda qeyd olunan bütün imkanlarından yararlanmağa dəvət edirik Sizləri Əziz Dostlar!!!