Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.
Qeyd olunan proqram üzrə Ege Universitetindən növbəti bir qrup müəllim müvafiq ixtisaslar üzrə tədris aparmaq üçün Aqrar Universitetə gəlib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov görüşdə müəllimləri universitetin xarici əlaqələri, ikili diplom proqramları və müasir maddi-texniki bazası barədə məlumatlandırıb. Bildirilib ki, qarşılıqlı şəkildə aparılan kadr hazırlığı gələcəkdə ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfələr verəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.