Slovakiyada oftalmoloq cərrah xəstənin yanlış gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.
Bu barədə TASS məlumat yayıb.
Hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib.
Həkimə müraciət edən kişi kor gözünü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib. Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb.
Xəstəxanada həmçinin göz klinikasının əməkdaşlarını əməliyyatdan əvvəl hazırlıq üzrə yenidən hazırlayıblar. Hazırda həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.