AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə təhsil alacaq tələbələr harada yerləşə bilərlər?

  • + A
  • - A
  • 19-08-2022, 12:07

    Gəncədə təhsil alacaq tələbələr harada yerləşə bilərlər?
    İxtisas seçmək hüququ olan abituriyentlər təhsil almaq istədikləri ixtisasları və olnara ən yaxşı harada yiyələnə biləcəkləri universitetlərin axtarışındadırlar. Gəncədə isə 3 universitet fəaliyyət göstərir. Xaricdən və ya ölkəmizin digər şəhər və rayonlarından Nizami yurduna təhsil ardınca yola düşən gənclər yeni məkanda harada qalacaqları sualı ilə qarşılaşırlar.

    Gəncə Dövlət Universitetinin 3 korpusdan ibarət olan tələbə şəhərciyi istifadəyə verilmişdir. Orada daima isti və soyuq su təminatı, internet, şəhərciyin hər bir tərəfində müşahidə kameraları quraşdırılıb. Bundan başqa, ərazidə tələbə yeməkxanası, fontan, futbol meydançası və söhbətgahlar inşa edilib.

    Burada yerləşmək üçün tələbələr sentyabrın 5-dək qeydiyyatdan keçməlidirlər. Müraciət etmək üçün saytımızda bu xəbərin mətnində olan linkdən keçid etmək lazımdır.

    Azərbaycan Dövlət Aqrar Universitetində 1000 nəfərdən çox gəncin yerləşəcəyi 2 tələbə şəhərciyi mövcuddur. Zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Otaqların hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub.
    Əlavə edilib ki, bahalaşmanın getdiyi bir zamanda universitet rəhbərliyi və şəxsən rektor İbrahim Cəfərov tələbələr narazı qalmasın deyə qiymətlərə xüsusilə nəzarət edir.

    Azərbaycan Texnologiya Universitetinin yataqxanası isə fəaliyyət göstərmir. Əldə olunan məlumata əsasən, universitetin rəhbərliyi yaxınlıqda yerləşən peşə məktəbi ilə danışıqlar aparır. Həmin təhsil ocağının yataqxanasından istifadə edilməsi planlaşdırılır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR