AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Firəngiz Rəhimbəyova ölümündən 22 gün sonra burada dəfn ediləcək - Fotolar

  • + A
  • - A
  • 25-08-2022, 10:46

    Firəngiz Rəhimbəyova ölümündən 22 gün sonra burada dəfn ediləcək - Fotolar


    Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer məlum olub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sənətçi Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn ediləcək.

    Dəfn mərasimi sentyabrın 6-da yerli vaxtla saat 11:00-12:00-da keçiriləcək.

    Qeyd edək ki, bu məzarlıqda məşhur iranlı musiqiçi Şəhram Kaşani, amerikalı aktrisa Celeste Yarnall, aktyor-prodüser Vilyam Fips və s. tanınmış şəxslər dəfn edilib.

    F. Rəhimbəyova 1958-ci ilin 5 avqust tarixində Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü - 2” filmində yenidən Sevda roluna çəkilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR