Prezident İlham Əliyev Pakistan Prezidenti Arif Alviyə başsağlığı verib.
Başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş şiddətli yağışlar və daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.