AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir

  • + A
  • - A
  • 27-08-2022, 16:22

    Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir

    Rövşən Əhmədov,
    YAP Ağcabədi rayon təşkilatının sədri.

    Rövşən Əhmədov: Müasir dövrdə Müstəqil Azərbaycanın beynəlxalq nüfuzu və regiondakı liderlik mövqeyi gündən-günə artır. Son illərdə Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti, xüsusilə də xarici mədəniyyət siyasəti sahəsində fəaliyyəti nəzərəçarpacaq dərəcədə dinamikliyi ilə fərqlənir. Azərbaycanın xarici mədəniyyət siyasəti müasir dövrün geosiyasi xüsusiyyətlərini, təhlükə və çağırışlarını nəzərə alaraq, ölkənin milli maraqlarına əsaslanır. Ölkəmizin beynəlxalq səviyyədə dövlətlərarası münasibətlərdə mədəni əlaqələri çox zəngindir. Beynəlxalq mədəni əlaqələr xalqlar arasında qarşılıqlı anlaşılmanın və etimadın formalaşmasına xidmət edir
    Müasir dövrdə Azərbaycanın Türkdilli ölkələrlə mədəni münasibətləri, xarici mədəniyyət siyasəti, bu ölkələrin dünya siyasətində və mədəniyyətində artan rolu nəzərə alınaraq həyata keçirilir. Bu ölkələrdə zəngin mədəni infrastrukturun mövcudluğu mədəni əlaqələrin qurulmasında geniş imkan çalarları açır. Hal hazırda Azərbaycan Türkdilli ölkələrdən olan Qazaxıstan ilə mədəni əlaqələrin qurulması sahəsində əməli addımlar atır. Qazaxıstan ilə ölkəmizin mədəni əməkdaşlğının tarixi ənənələri mövcuddur ki, müasir mərhələdə onların daha da genişləndirilməsinə böyük səy göstərilir.
    Sovetlər İttifaqı dağıldıqdan sonra müttəfiq respublikalar öz müstəqilliyinə qovuşub və indi biz artıq öz taleyimizin sahibiyik. Qazaxıstanla Azərbaycanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi faktorlar önəm kəsb edir. Eyni zamanda, Azərbaycanla Qazaxıstan strateji tərəfdaşdırlar. Bizim ölkələrin liderləri, Ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayev hələ Sovet dövründən iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlıq şəraitində çalışıblar. Bu dostluq, qardaşlıq ənənəsi müstəqillik illərində daha da inkişaf etdirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Qazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb. Biz əlaqələrimizdəki dinamikanı yüksək dəyərləndirərək, bu münasibətlərin xalqlarımızın mənafeyi naminə davamlı olması üçün səylərimizi əsirgəmirik.
    Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından keçən 26 il ərzində münasibətlərimiz bütün sahələr üzrə inkişaf edib. Xüsusən, Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə ikitərəfli və çoxtərəfli müstəvilərdə dəstəyini yüksək qiymətləndiririk.
    Beləliklə, Azərbaycan-Qazaxıstan mədəni əlaqələrinin tarixi inkişaf dinamikasına nəzər saldıqda bu son illərdə xüsusi bir ardıcıllıqla inkişaf etdiyini müşahidə etmək olar. Bu Azərbaycanın da məqsədləri ilə üst-üstə düşdüyü üçün Azərbaycan Qazaxıstan mədəni ələqələrinin bundan sonra da yüksək səviyyədə inkişaf etdirilməsi mütləq və zəruridir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR