Moskvada Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın görüşü keçirilir.
Rusiya xarici işlər nazirliyinin Qəbullar Evində keçirilən görüşdə Azərbaycanı baş nazirinin müavini Şahin Mustafayev təmsil edir. Ermənistan tərəfdən isə görüşdə baş nazirin müavini Mqer Qriqoryan iştirak edir.
Qeyd edək ki, bu, Azərbaycan Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası sayca ikinci görüşdür. İlk görüş bu ilin mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub.
Xatırladaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın görüşü Rusiya tərəfinin məşvərətçi yardımı ilə keçirilir. Mətbuata qapalı keçirilən görüşün yekunları ilə bağlı Rusiya XİN-nin məlumat yayacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.