AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş prokuror İranda rəsmi görüşlər keçirib

  • + A
  • - A
  • 30-08-2022, 17:03

    Baş prokuror İranda rəsmi görüşlər keçirib

    Xəbər verildiyi kimi, İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana işgüzar səfəri başlayıb.

    İlk olaraq İran İslam Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirildi. Azərbaycanlı həmkarını səmimi salamlayan İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirdi.

    Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönələn səfər zamanı baş tutacaq görüşlərin müsbət nəticə verəcəyinə ümidvar olduğunu qeyd edib. İki ölkənin baş prokurorluqları arasında belə geniş formatda görüşün ilk dəfə keçirilməsi məmnunluqla vurğulanıb.

    Baş prokuror ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə İran tərəfinə ölkəmizə göstərilən mənəvi dəstəyə görə təşəkkürünü bildirib.

    Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıldı, ikitərəfli qarşılıqlı fəaliyyətin vacibliyi vurğulanaraq, hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji və humanitar məsələlər müzakirə edilərək narkotiklərin qanunsuz dövriyyəsi, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi problemləri müzakirə edildi. İki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edildi.

    Kamran Əliyev iranlı həmkarını ölkəmizə işgüzar səfərə dəvət etdi. Qurumlarımız arasında əməkdaşlıq haqqında memorandumun imzalanması təklif olundu.

    Daha sonra Baş prokuror İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə görüş keçirib. Nazir 44 günlük Vətən müharibəsində ölkəmizi parlaq qələbə münasibətilə təbrik edib. Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirərək ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulayıb.

    iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi və digər maraq kəsb edən mövzular müzakirə edilərək, bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb.

    Səfər çərçivəsində Baş prokuror ölkəmizin Tehrandakı Səfirliyinə gedərək xalqımızın ümummilli lideri, Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsi ehtiramla yad olunub.

    Görüşlərdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə iştirak edib.

    Nümayəndə heyətinin səfəri davam edir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR