AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır

  • + A
  • - A
  • 31-08-2022, 16:48

    Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır


    Müdafiə Nazirliyi və Minatəmizləmə Agentliyinin birgə BƏYANATI


    Beynəlxalq humanitar hüquqa zidd olaraq Laçında aşkarlanan PMN-Э növlü minalar
    Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır.
    Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən cari ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib.
    Aşkar olunan minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunan minalardır.
    Qeyd edək ki, beynəlxalq humanitar hüquqa əsasən, 1997-ci ildə qəbul edilmiş Ottava müqaviləsi piyada əleyhinə minaların istehsal edilməsi, saxlanılması, daşınması və istifadəsini qadağan edir.
    Həmçinin, Ermənistan işğaldan azad olunmuş ərazilərdə piyada əleyhinə minalar basdırmaqla 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirir.
    Ermənistanın basdırdığı piyada əleyhinə mina sahələrinin miqyası və kütləviliyi, mina terrorunun təzahürüdür. Bütün bunlar regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı qəsdən törədilmiş cinayətdir. Bununla isə Ermənistan düşmənçilik niyyətini bir daha sübut edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR