AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır

  • + A
  • - A
  • 31-08-2022, 12:57

    Yaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır


    Bütün insanların əsas məqsədi bu dünyada rahat və xoşbəxt yaşamaqdır. Lakin rahat və xoşbəxt yaşamaq üçün, ilk növbədə sağlam can olmalıdır. Çünki cansağlığı olmadan xoşbəxtlik də olmaz. Əhalinin sağlamlığının qorunmasında həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin çox böyük rolu var. Bunun üçün ilk öncə həkimlərin etik davranış qaydaları vacibdir, həkim xəstə ilə nə qədər qarşılıqlı səmimi münasibətlər yaradarsa müalicə prosesində də bir o qədər uğur əldə edilər. Həkim öz vəzifəsini xəstənin yaşından, cinsindən, irqindən, sosial vəziyyətindən, dini əqidəsindən, siyasi baxışlarından, milliyətindən, vətəndaşlığından, hətta maddi vəziyyətindən asılı olmayaraq yerinə yetirməlidir.

    Həmçinin həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Buna görə də həkim tibb elminin ən son nailiyyətlərindən istifadə edərək öz bilik və bacarıqlarını daim təkmilləşdirməlidir. İnsan xəstə olan zaman ona ən yaxın şəxs həkim olur. Buna görə ki, həkim xəstəni müayinə edir, diaqnoz qoyur, xəstəliklə bağlı müşahidələr aparır. Bilirik ki, hər bir insan xəstələnən zaman çox həssas, çox kövrək olur, belə olanda da xəstə qayğıya, hər hansı bir xoş sözə ehtiyac duyur, hətta ona qulluq edən tibb bacısından belə diqqət və mülayim rəftar gözləyir. Elə bu səbəbdən də tibb bacısı mehriban və nəzakətli olmalı, hərəkətlərinə eyni zamanda danışığına fikir verməlidir. Çünki mehriban rəftar və xoş təbəssüm tibb bacısının xəstələrə olan qayğısının simvoludur. Bir sözlə həkim və tibb bacısı xəstə ilə elə ünsiyyət qurmalıdırlar ki, xəstə ümidsizliyə qapılmasın, əksinə yaşamaq ümidi artsın. Məhz bu səbəbdən həkim və tibb bacısının xəstə ilə ünsiyyəti xəstənin sağalmağa inamını artırır.

    Həkimin insaflılığı, etibarlılığı, xəstəyə fərdi yanaşması, onun psixoloji xüsusiyyətlərini nəzərə alması xəstələrin müalicə və diaqnostikasında kliniki və deontoloji əsaslandırması konfidensiallığı müalicənin mühüm şərtləri sırasındadır. Həmçinin həkimin sənətinə vicdanla yanaşması da çox mühüm məsələlərdəndir. Ona görə ki, yaxşı həkim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır. Həm yaxşı, həm də vicdanlı və əsl peşəkar həkim xüsusiyyətlərini özündə birləşdirən şəxslərdən biri də Yeni Gəncə Tibb Mərkəzinin neyrocərrahı Dr.Zaur Ramixanovdur. Zaur Ramixanov çox vicdanlı və peşəsini sevən bir insandır.

    Dr. Zaur Ramixanov özünün savadı və biliyi eyni zamanda alicənablığı ilə əsl insanlığa nümunə olan şəxslərdəndir.

    Təbii ki, belə bir vicdanlı, peşəsini sevən neyrocərrahı olan bir xəstəxananın həkim heyəti və kollektivi də bütün xəsətələri üçün əllərindən gələni edirlər, hər cür köməkliyi göstərməyə can atırlar. Yeni Gəncə Tibb Mərkəzində həkimlər xəstələrə o qədər yaxşı xidmət göstərirlər ki, elə xəstələr həkimlərin onlara söylədiyi xoş söz və mülayim rəftarlarından rahatlıq tapırlar, yaşamaq həvəsləri artır. Həyata daha çox bağlanırlar. Və bir məqamı da diqqətə çatdırmaq lazımdır ki, bütün iş prinsiplərinə riayət edən bacarıqlı tibb işçiləri xəstələr tərəfindən hər zaman çox sevilir. Bir sözlə Yeni Gəncə Tibb Mərkəzininin neyrocərrahı olan Dr.Zaur Ramixanov da həm insani xüsusiyyətləri özündə cəmləşdirdiyinə, həm də bütün iş prinsiplərinə riayət edən bacarıqlı tibb işçisi olduğuna görə çox sevilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR