“Heydər Aliyev Fenomeni Türkiyə Mediasında”
Araşdırmamızın məqsədi Türkiyə mətbuatında Heydər Əliyev imicini müəyyən etməkdir. Məlum olduğu kimi, insanların şüurunda bir obyekt, şəxs, qurum, ölkə haqqında formalaşan və obraz kimi təyin olunan təəssürat günü-gündən daha çox əhəmiyyət kəsb edir. Çünki bir ölkənin liderinin xaricdə müsbət imicinin olması, həmin ölkənin siyasi, sosial, iqtisadi və mədəni sahələrində nüfuz qazanması, beynəlxalq qərar mexanizmlərində söz sahibi olması, ölkəni tanıtması və s. kimi sahələrdə söz mövzusu ölkəyə böyük üstünlüklər gətirir. Bugün Azərbaycan-Türkiyə münasibətlərinə nəzər saldıqda onun çox qədim zamanlara gedib çıxdığı görünür. Din, dil və irq eyni olan bu iki ölkə arasındakı münasibətlərin və eyni zamanda liderlərinin mətbuatda necə işıqlandırılması və əks olunması hər iki ölkə üçün çox önəmlidir. Xüsusən də bugünkü qloballaşma dövründə ölkə obrazları ilə yanaşı onun insanlarının qurumların, obyektlərin idarə olunmasında təsirli olan kütləvi informasiya vasitələri bu obrazları öz baxışları və dəyər mühakimələri çərçivəsində formalaşdırır. Yaşadığımız informasiya əsrinin tələb etdiyi məlumatlı olmağın yolu, şübhəsiz ki, xəbərlərdən keçir. Media qurumları öz baxışlarına yaxın gördükləri və istədikləri məsələləri gündəmə gətirə bilər, ya da ümumiyyətlə daxil etməyə bilərlər.
Bu fikirlər əsasında Ümummilli liderimizin Türkiyə mətbuatında imici müəyyən edilməyə çalışılıb. Araşdırmalar nəticəsində mühüm nəticələr əldə edilib.
Araşdırmalara görə, Türkiyə mətbuatı Heydər Əliyevin hakimiyyətə gəlişi, ölkədə baş verən inkişaf və tərəqqi, eyni zamanda, onun vəfatı ilə bağlı xəbərlərə geniş yer verib. Heydər Əliyevin vəfatı ilə bağlı Türkiyə mediasında gedən xəbərlərə uyğun olaraq, onunla bağlı müsbət fikirlər daha çox yer alıb. Nəticədə Azərbaycan imicinin Türkiyə mətbuatında necə olması ilə bağlı ümumi qiymətləndirmə aparılarsa, Türkiyə mətbuatında Azərbaycan və Ulu Öndərin imicinin müsbət olduğu qənaətinə gəlinir.
Cənubi Qafqaz regionunda bir çox göstəricilərə görə lider olan Azərbaycan regionun ən güclü iqtisadiyyatına malik ölkəsidir. İqtisadi inkişafın bütün bu səviyyəsi Heydər Əliyev islahatları ilə bağlıdır. (1993-2003)
1990-cı illərin əvvəllərində Azərbaycanda sosial-iqtisadi böhran hökm sürürdü. Bunun səbəbləri bunlardır:
1. Sovet İttifaqının dağılmasından sonra inzibati sistemdən bazar iqtisadiyyatına keçiddə şok terapiya effekti.
2. Dağlıq Qarabağ müharibəsi
3. İdarəetmə institutunda ciddi boşluqlar
Heydər Əliyev Fenomeni Türkiyə Mediasında
“Sovet Sosialist Respublikaları İttifaqında yüksək vəzifələrdə çalışan Əliyev, müstəqillik əldə etdikdən sonra vətəndaş müharibəsi təhlükəsi, Dağlıq Qarabağ müharibəsi və iqtisadi böhranlarla mübarizə aparan Azərbaycana rəhbərlik edən Heydər Əliyev ölkəsinin üzünə sabitliyin, iqtisadi inkişafın qapılarını açan və belə ağır şəraitdə ölkənin xilaskarı olan əfsanəvi Ümummilli lider”
Azərbaycanı sabitləşdirdi
Bəli, Əliyevin xalqına xidmət və Azərbaycan uğrunda mübarizə ilə keçən 80 illik həyatı 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasında başlayıb.
Azərbaycan müstəqilliyini elan edəndə Naxçıvanda vəzifəsini davam etdirən Əliyev 1992-ci il noyabrın 21-də bu gün hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasını yaradıb. 1991-ci ildə başlayan müharibənin davam etdiyi və ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyi Dağlıq Qarabağda çətin bir dövrdə - prezident seçilən Əliyev ordunu gücləndirməklə işə başlayıb.
Azərbaycan iqtisadiyyatının inkişafına imkan verməyən amillərdən biri də Dağlıq Qarabağ müharibəsi idi. Əlbəttə, bu müharibənin davam etməsi ölkə iqtisadiyyatına böyük zərbə vurdu. Bunu dərk edən Heydər Əliyev diplomatik kanallardan istifadə edərək öz seçicilərinin qəbul edə biləcəyi sülh şərtləri axtarmağa başladı və bunun sonunda Heydər Əliyevin uzun sürən siyasətindən sonra Bişkekdə Azərbaycan və Ermənistan hakimiyyəti arasında atəşkəs sazişi imzalandı. Qırğızıstanın paytaxtı Bişkekdə 5 may 1994-cü ildə. Dağlıq Qarabağ müharibəsi müvəqqəti olaraq başa çatıb.
Azərbaycanın böyük lideri başlığı ilə bu qeydlərə də yer verilib -
“Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. Orta məktəbi bitirdikdən sonra dövlət qulluğuna daxil olub. İkinci Dünya Müharibəsini yaxından izləyib. Həmçinin gənclərə azərbaycanlıların müharibədəki qəhrəmanlıqlarından danışıb. Mayor Heydər Əliyev qəhrəmanlıq dastanları yazan azərbaycanlı partizan Mehdi Hüseynzadəyə həsr olunmuş “Uzaq sahillərdə” filminin ssenarisi üçün kəşfiyyat arxivindən materialları yazıçılara verib. O, Bəxtiyar Vahapzadənin “Gülüstan” poeziya-romanının Şəkinin yerli qəzetində dərc olunmasını tövsiyə edib. 1969-cu il iyulun 14-də öz ağlı və dünyagörüşü ilə hakimiyyətə gələn Heydər Əliyev 1970-ci illərdən başlayaraq Azərbaycanı yenidən qurmağa başlayıb.”
Politoloq Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.