AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şimali Kipr Türk Cümhuriyyəti bugün 39 yaşını qeyd edir - ÖZƏL

  • + A
  • - A
  • 15-11-2022, 12:48

    Şimali Kipr Türk Cümhuriyyəti bugün 39 yaşını qeyd edir - ÖZƏL


    Azadmedia.az - 15 noyabr 1983-cü ildə qurulan Şimali Kipr Türk Cümhuriyyəti 39 yaşını qeyd edir.

    KKTC-nin yaradılması Kipr Türk xalqının Adadakı siyasi həyatını dünyaya bəyan etdiyi mühüm dönüş nöqtəsi oldu.

    1960-cı ildə qurulan Kipr Respublikasında türklərə qarşı hücumlar getdikcə davam etdi və Yunanıstanın Kipr prezidenti Makariosu devirməsindən sonra Türkiyə hərəkətə keçdi. 20 iyul 1974-cü ildə atılan addımlar çərçivəsində Kipr əməliyyatı başladı və 15 noyabr 1983-cü ildə KKTC öz quruluşunu tam olaraq reallaşdıraraq müstəqilliyini elan etdi.

    Kipr əməliyyatından sonra 1976-cı ildə Kipr Türk Federativ Dövləti quruldu.

    15 noyabr 1983-cü ildə Kipr Türk Federasiya Dövlətinin Məclisi öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək yekdil qərarla Şimali Kipr Türk Cümhuriyyətini elan etdi. Qurucu prezident Rauf Denktaş KKTC-nin quruluş bəyannaməsini oxudu. Şimali Kipr Türk Respublikasının yaradılması Kipr Respublikası, Yunanıstan və bir çox dövlətlərin, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının reaksiyasına səbəb oldu.

    Təhlükəsizlik Şurası noyabrın 18-də qəbul etdiyi qətnamədə müstəqillik qərarını pislədi. 13 may 1984-cü ildə Təhlükəsizlik Şurası 550 saylı qərarı ilə Şimali Kipr Türk Cümhuriyyətinin elanını separatçı hərəkat olaraq tanımladı.

    Görüşmə və həlli yolları

    Kipr probleminin dünya gündəminə daxil olduğu gündən bəri adanın birləşdirilməsi məqsədi ilə başda Birləşmiş Millətlər Təşkilatı daxilindəki çalışmalar olmaq üzrə bir çox fəaliyyət həyata keçirilmişdir. Ancaq bütün bunlar heç bir nəticə vermədi. Bunlardan biri olan 2004-cü il “Annan Planı” referendumu Kipr türklərinin “qəbulu”, yunanların isə “yox”u ilə reallaşmadı.

    Beləliklə, 1 may 2004-cü ildə Kipr Respublikası bütün adanı təmsilən Avropa Birliyinə daxil oldu.





    Ülkər Piriyeva



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR