AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənubi Azərbaycanlı Şair Dehqan Nurani Naturi - “Qarabağ bölgəsinə verməyə min can varımız” - “TƏBRİZDƏN SƏSLƏR” - MÜSAHİBƏ

  • + A
  • - A
  • 17-11-2022, 20:55

    Cənubi Azərbaycanlı Şair Dehqan Nurani Naturi - “Qarabağ bölgəsinə verməyə min can varımız” - “TƏBRİZDƏN SƏSLƏR” - MÜSAHİBƏ

    Təbrizli Şair Dehqan Nurani Naturi Məzaher Oğlu



    Azadmedia.az-ın redaktoru Ülkər Piriyevanın Yeni layihəsi “Təbrizdən Səslər”




    Təbrizdən “Səslər”

    Azadmedia.az təqdim edir:

    Dehqan Nurani Naturi Məzaher Oğlu - Xalxalın görkəmli bölgəsinin Səncəbəd adlı rayonunun Natur kəndində 1962-ci ilində anadan olub. 7 yaşında Quran oxumağı rəhmətlik Anasının köməyi ilə öyrənib. Çünki o zamanlar Ana yurdunda mədrəsə yox imiş və elə bununla əlaqədar olaraq da təhsil ala bilməyib.

    15 yaşı olarkən anadan olduğu kəndi tərk edib maaş ehtiyacından dolayı Tehran şəhərinə köçüb.

    Beləliklə, Dehqan Naturinin şeyirə və ədəbiyyata olan marağı onu yavaş- yavaş 2011-ci ildən etibarən şeyir yazmağa vadar edib.

    Qeyd edək ki, şeyirlərinin bir qismi Xalxal adı altında dərc olunub və oxuyucularının xidmətində qərar tapıb.

    دهقان نورانی نین یاشایئش یولی

    من دهقان نورانی ناطور، مظاهر اوغلو ؛ خلخالین گور کملی ئولکه سینین سنجبد آدلی بخشی نین ناطور کندینده، ۱۳۴۱ ایمجی شمسی ایلینده آنادان اولموشام ،یئدی یاشیندا قرآن اوخوماقی رحمتلیک آنامین محضررینده کسب ائله ديم، چون او زمان آنا یوردومدا مدرسه یوخودی تاسف ائدیرم کی درس اوخوماقدان بهره آپارا بیلمه ديم
    سونرا ۱۵ یاشیمدا اؤز آنادان اولان کندیمی ترک ائله ديم امرار معاشدان ساری تهران شهرینه کوچدیم امما شعره و ادبیاتا چوخ علاقم واریدی یاواش یاواش ۱۳۹۰ ایمجی ایلدن شعر یازماقا باشلادیم شعرلریمین بیر بخشی نگین خلخال آدیلان ، چاپ اولدی و عزیز محترم ادب اهلی نین خدمتینده قرار تاپدی بویوک اولان تانریدان مننت دارام

    حورمتله دهقان نورانی ناطور

    Olmuşam

    Sənin həsrətindən gül kimi solub,
    Payızda saralan yarpaq olmuşam.
    Süd əmən zamani anası ölən,
    Beşikdə laylasız uşaq olmuşam.

    Çapılmış talanmış elə bənzirəm,
    Bağlari quruyan gülə bənzirəm.
    Buludsuz yağışsız çölə bənzirəm,
    Coşub çağlamıyan bulaq olmuşam.

    Heç zaman olmadın mənim dayağım,
    Yuxulayıb yatıbsan yoxdu oyağım.
    Qocaldım titrəyir əlim ayağım,
    Sınıb qol qanadım çolaq olmuşam.

    Günahsız sən məni əzab elirsən,
    Hicrində yandırıb kəbab elirsən.
    Dağıdım əridib müzab elirsən,
    Eşqində dağılmış tifaq olmuşam.

    Dehqanam əkmişdim biçə bilmədim,
    Hicran körpüsündən keçə bilmədim.
    Məhəbbət suyundan içə bilmədim,
    Susuzluqdan çatlamış dodaq olmuşam.


    سَنین حَسرتیندَن گول کیمین سؤلوب
    پاییزدا سارالان یاپراق اؤلموشام
    سود اَمَن زامانی آناسی اؤلَن
    بئشیکدَه لای لای سیز اؤشاق اؤلموشام

    چاپیلمیش تالانمیش ائلَه بَنزیرَم
    باغلاری قورییان گؤلَه بَنزیرَم
    بولودسیز یاغیش سیز چؤلَه بَنزیرَم
    چؤشیب چاغلامییان بولاق اؤلموشام

    هئچ زامان اؤلمادون مَنیم دایاقیم
    یؤخلاییب یاتیبسان ،یؤخدی اؤیاقیم
    قؤجالدیم تیترَه ییر اَلیم اَیاقیم
    سینیب قؤل، قانادیم چؤلاق اؤلموشام

    گناه سیز سَن منی عَضاب ایلیسَن
    هچروندَه یاندیریب کَباب ایلیسَن
    داغیدیم اَریدیب مُذاب ایلیسَن
    عشقوندَه داغیلمیش تیفاق اؤلموشام

    (دهقانام) اَکمیشدیم بیچَه بیلمَدیم
    هجران کؤرپوسیندَن گئچه بیلمَدیم
    مُحَبت سوویندان ایچَه بیلمَدیم
    سوسوزدان ، چاتلامیش دؤداق اؤلموشام

    Qarabağı almaq üçün cəbhədə əslan varımız,
    Hər qarış torpğına vermək üçün qan varımız,

    Əl-ələ verdi elm, taki ucalsin vətənim,
    Vətən eşqində coşub sel yaradan qan varımız.

    Biz vətən qurbanıyıq xəlqimə əhsən deyirəm,
    Ana eşqində bizim min quzu qurban varımız.

    Zalımın almaq üçün canını candan geçərik,
    Qarabağ bölgəsinə verməyə min can varımız.

    Otuz il şanlı elim dərdilə hicranə dözüb,
    Qələbəylə vüsala çatmağa dərman varımız.

    Ordumu sarsıda bilməz düşmənin fitnələri,
    Çünki İlhamdan alan mənəvi fərman varımız.

    Dehqanam fəxr edirəm,- öz elimin varlığına,
    Ölkələr içrə gözəl Azərbaycan varımız.


    قاراباغی آلماقیچون، جبهه دَه آصلان واریمیز
    هر قاریش تُپراقیما وئرمَگیچون قان واریمیز

    اَل اَلَه وئردی ائلیم تاکی اوجالسین وَطنیم
    وَطَن عشقیندَه چوشوب،سئل یارادان قان واریمیز

    بیز وَطن قربانییخ خَلقیمَه اَحسن دئیرَم
    آنا عشقیندَه بیزیم، مین قوزو قربان واریمیز

    ظالمین آلماقیچون جانینی، جاندان گئچَریک
    قاراباغ اولکَه سینه ،وئرمَگه مین ،جان واریمیز

    اؤتوز ایل، شانلی ائلیم ، دَردیلَه هجرانه دؤزوب
    غلَبه یلَن وصالا چاتماقا ، دَرمان واریمیز

    اؤردومی سارسیدا بیلمَز دُشمَنین فتنَه لَری
    چونکی الهامنان ، آلان مَعنوی فَرمان واریمیز

    (دهقانام ) فَخر ائدَرم اوز ائلیمین وارلیقینا
    اؤلکه لَر ایچره گوزل، آزربایجان واریمیز

    Meyi mərifət

    Meyi mərifətlə məst et yetişim kəmalə saqi
    Qutaram fəraqi bəlkə yetişəm vüsalə saqi

    Məni qorxubxrdi zahid hərami yaham odunda
    İçərəm mən ol hərami çataram həlakə saqi

    Çata bilməsəm nigarə dolacaq gözüm qanilan
    Axacaq yanax larımdan olacaq şəlalə saqi

    Hə iki cəhani heyran edərəm əgər nigarım
    Öz əlilə lütf qilsa doli bir piyalə saqi

    Elə məhv olam ruxunda çixa varlığım yadmdan
    Ətəgin dutam o yarın baxam ol cəmalə saqi

    Pər açıb ıruc eylir xəyalım quşi səmayə
    O məqamə gər yetişsəm çataram cəlalə saqi

    Güzümün köki saraldı yoluni güzətləməkdən
    Çixa seyrə məh əmalim baxa ol hilalə saqi

    Məni qovma sən qapündan urafadən ayrı salma
    Ətəgindən əl götürsəm düşərəm məlalə saqi

    Çalışır həyatda Dehqan çəta ol şərabi nabə
    Dola sağəri dəmadəm yetişə kəmalə saqi


    مِیئ مَرفت

    میی معرفتله مست ائت، یئیتشیم کماله ساقی !
    قوتارام فراقی بَلکَه، یئتیشم وصاله ساقی

    منی قورخودوردی زاهد حَرامی ،یانام اودوندا
    ایچرَم من اؤل حَرامی ، چاتارام حَلاله ساقی

    چاتا بیلمَه سَم نگاره ،دؤلاجاق گؤزوم قانیلان
    آخاجاق یاناخلاریمدان، اؤلاجاق شَلاله ساقی

    هرایکی جهانی، حیران ائدرَم ،اگر نگاریم
    ئوز الیله لطف قیلسا ، دولی بیر پیاله ساقی

    ائله مَحو اؤلام روخوندا، چیخا وارلیقیم یادیمدان
    اَتگین دوتام أو یارین، باخام ئول جماله ساقی

    پَر آچیب عروج ایلیر ،خیالیم قؤ شی سمایه
    او مقامه گر ییتیش سَم ،چاتارام جَلاله ساقی

    گؤزومون کؤکی سارالدی، یؤلونی گؤزتله مَکدَن
    چیخا سیره مه جَمالیم ،باخام ئول هلاله ساقی

    منی قووما سَن قاپوندا، عُرافادَن آیری سالما
    اَتگیندَن اَل گوتورسَم دوشَرم مَلالَه ساقی

    چالیشیر حیاتدا (دهقان) چاتا ئول شَراب نابه
    دؤلا ساغری دمادَم ، یئتیشَه کَماله ساقی

    دهقان نورانی ناطور 1396..2..20

    Divanə gülə

    Ağladirsan məni hər gün gürə biganə gülə
    Aqili ağlada halım baxa divanə gülə
    Gənc tək könlümi viranə görüb gizləndün
    Küncü viranədə qal bəlkə bu virənə gülə
    Şəme tək atəşe eşqində elə yannam ki
    Özi yandiqca mənim halimə pərvanə gülə
    Bir ömürdü gedirəm məscidə, eşqünlə sənün
    Qoyma çəksin məni saqi mey, meyxanə gülə
    Tərlanım dən səpirəm bəlkə səni damə salam
    Neylürəm sar düşə damə ke mənə danə gülə
    Ətrivilə məni məst elə ke mədhuş düşüm
    Ta mənə saqi əlindən doli peymanə gülə
    Kaş pərişan edəsən zulfuvu könlüm sayaqi
    Öz əlimlə dariyam dəgmiyə ta şanə gülə
    Lütfilə qoy qədəmün xane ü kaşanəmizə
    Dəru divar gülı,xane ü kaşanə gülə
    Rəhm eləsən gözəlim bir belə ağlatma məni
    Dehqana göstər özün məst ola məstanə gülə

    عزیز دؤسلار بیر غزل سیزه تقدیم. ائدیرم
    دیوانه گوله

    آغلادیرسان منی هر گون گؤرَه بیگانَه گولَه
    عاقلی آغلادا حالیم ، باخا دیوانه. گولَه
    گنج. تک کؤنلومی ویرانه گؤروب ، گیزلندون
    کُنجِ ویرانه دَه قال. بلکَه بو ورانه گولَه
    شمع تک آتش عشقونده ائلَه. یاننام که:
    اؤزی یاندیقجا منیم حالیمَه پروانه گولَه
    بیرعؤموردی گِئدیرم مسجده.عشقونلَه سنون
    قؤیما چَکسین منی ساقی مِئیَه ، میخانه گوله
    طرلانیم ،دَن سَپیرم بلکَه سنی دامَه. سالام
    نیلورم سار دوشَه دامَه ، که منه دانَه. گولَه
    عطرویلَه منی.مست ایلَه که مدهوش دوشوم
    تا. منه ساقی الینده دؤلی پیمانه. گوله
    کاش پریشان ائده سَن زلفووی کؤنلوم سیاقی
    اؤز اَلیملَن داریام ، دَگمیَه تا شانه. گولَه
    لُطفیلَه قؤی. قدمون خانه و کاشانه. میزه
    دَر. و دیوار گولَه ، خانه و کاشانه گولَه
    رحم ائلَه سن گؤزلیم بیر بِئلَه آغلاتما. منی
    «دهقانا» گؤستر. اوزون ، مست اؤلا ، مستانه گوله

    تهران ، دهقان نورانی ناطور

    Qalıb qəzəl

    Çatıncaq

    Rəngım saralır gül kımı deldara çatincaq
    Can təngə gəlir neynəməli yarə çatincaq
    Hicran dar asıb, başimi istir dara çəksin
    Min yol çıxacaq can bilirəm darə çadıncaq
    Həsrətdi gülə bülbülü biçarə nə çarə?
    Eşq öldürəcək bülbüli gülzarə çatincaq
    Peykan edürəm dərdilə bimarüvəm ey gül
    Güzlər səni güzlə məne bimarə çatincaq
    Nəzr eyləmişəm mən, ke yanam şəme rüxünda
    Pərvanə gəzər həsrətilən narə çatincaq
    Eşqun məni lal eyliyub ey sevgili canan
    Ial olmalıyam yarilə gofdarə çatincaq
    Didarovə fikr eyləmişəm hər gecə, gündüz
    Kəş ömrüm ola ləhzeyi didarı çatincaq
    Sinön dolbu dərdilə Dehqan demə xəlqə
    Səbr eylə ginən məhrəmi əsrarə çatıncaq

    Tehran Dehqan Nurani Natur
    چاتینجاق

    قالب غزل
    رَنگیم ، سارالیر گُول کیمی دلدارَه چاتینجاق
    جان تَنگَه گَلیر ، نیلَه مَه لی یارَه چاتینجاق
    هجران دار آسیب،باشیمی ایستیر دارا چکسین
    مین یؤل چیخاجاق جان بیلیرَم دارَه.چاتینجاق
    حسرتدی گُولَه بلبل بیچارَه ،نه چارَه ؟
    عشق اُؤلدورجَک بلبلی گُلزارَه چاتینجاق
    پیکار ائدورَم دردیلَه بیمارووَم ای گُل
    گؤزلَر سنی گؤزلَر منِ بیمارَه چاتینجاق
    نَذر ایلَه میشَم من، که یانام شمع رُوخوندا
    پروانه گَزَر حسرتیلَن نارَه چاتینجاق
    عشقون منی لاٰل ایلیوب ای سئوگیلی جانان
    لاٰل اؤلمالیام یاریلَه گُفتارَه چاتینجاق
    دیدارووَه فکر ایلمیشَم هر گئجه ،گوندوز
    کاش عُمروم اؤلا لَحظه ی دیدارَه چاتینجاق
    سینون دؤلودی دردیلَه «هقان» دیمَه خَلقَه
    صَبر ایلَه گیلَن محرَم اَسرارَه چاتینجاق

    تهران دهقان نورانی ن اطور



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR