Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, bir yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 22-yə çatıb.
xxx
09:19
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
"Unikal" xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik, bir yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.