Fevralın 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan
Azadmedia.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Avtomobildə olan 3 nəfər çıxarılıb. İki mülki vətəndaş və bir hərbçinin olduğu avtomobildə hərbçi və digər sərnişin F.Hüseynova xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.