AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İranda güllə yarası almış İmanov Mahir Kamil oğlunu təltif etdi

  • + A
  • - A
  • 3-02-2023, 16:23

    Prezident İranda güllə yarası almış İmanov Mahir Kamil oğlunu təltif etdi

    Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə
    təltif edilib. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Fərman imzalayıb.
    İmanov Mahirlə yanaşı 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalları ilə təltuf edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR