ADMİU-da maaşlar artırıldı.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın göstərişiylə əməkhaqları artırılıb.
ADMİU-dan Azadmedia.az-a verilən məlimata görə, bu barədə qərar fevralın 6-sı Elmi Şuranın iclasında təsdiq olunub.
Belə ki, qərara əsasən, ADMİU-nun əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması və əməyinin stimullaşdırılması məqsədilə ştat cədvəli üzrə aylıq vəzifə maaşları martın 1-dən etibarən 15 faiz artırılır.
Qeyd edək ki, iclasda Elmi şura üzvlərinin təklifi ilə onların ilk maaş artımı YAŞAT Fonduna ianə ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.