ZƏLZƏLƏ: TÜRKİYƏDƏ SİTUASİYA
Dünya Bankının və Birləşmiş Millətlər Təşkilatının “Təbii və texnogen fəlakətlər: Permanent tədbirlər” kitabı 2012-ci ildə çapdan çıxıb.
Dünyada insan təlafatı və dağıntılarla nəticələnən çoxsaylı təbii və texnogen fəlakətlər baş verir. Kitabda Türkiyədə baş vermiş zəlzələyə də geniş yer verilib: “17 avqust 1999-cu ildə Türkiyənin sənaye şəhəri oan İzmitdə baş vermiş zəlzələ (7,2 maqnituda) şəhəri demək olar ki, dağıtdı. Zəlzələ səhər tezdən baş verdiyindən insanlar yatmış vəziyyətdə olublar. İzmitdə dağıntılar altında qalan 17 min nəfər ölmüş, 40 min nəfər yaralanmış və 200.000 nəfər evsiz-eşiksiz qalmışdır. 120 bina tamamilə dağılmışdır.
Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi. Türkiyə Hökuməti ölənlər və yaralananlara yüksək qayğı göstərmiş və gələcəkdə bu cür fəlakətin fəsadlarının aradan qaldırılması barədə düşünmüşdür.
Türkəyin bir çox şəhərləri tektonik zonada yerləşir. Alimlər hesab edirlər ki, buna bənzər zəlzələ 12 milyon əhalinin yaşadığı İstanbulda baş versəydi 73 mindən 120 minə qədər insan təlafatı ola bilərdi. Türkiyə hökuməti gələcəkdə bu cür faciələrin aradan qaldırılması üçün 3 istiqamətdə fəaliyyət planı hazırladı: sığorta müdafiəsinin həcmini artırılması, tikintinin keyfiyyətinin yüksəldilməsi və gözlənilən fəlakətlərə hazır olmaq. Türkiyədə binaların sığortalanması məcburidir, bu işdə şəhərlərdə yerləşən sənaye, kommersiya binaları və şəxsi evlər könüllüdür. Sığortanın məcburi olmasına baxmayaraq 2009-cu ilin iyun ayına qədər yaşayış evlərinin 23,3 faizi sığortalanıb. Ölkə ərazisində göbələk kimi ucaldılan gecəqondular (bir günə tikilən evlər) həqiqətən təhlükə mənbəyidir.
Zəlzələ zamanı Mərmərə dənizi zonasında tikilmiş 4-7 mərtəbəli binalar daha çox dağıntıya məruz qalıb və daha çox insan tələfatı olub. Bu cür tikintilərin çoxu seysmik zonaya yaxındır. Eyni ildə tikilən binaların bir hissəsi yaxşı layihələndirilmiş və buna standartlara uyğun keyfiyyətli inşa edilmişdi. Mütəxəssislər belə qənaətə gəlirlər ki, Türkiyənin zəlzələyə meyillik riski çox yüksəkdir.
İnsan təlafatı və dağıntıların qarşısının alınması üçün mütləq tikintilərin keyfiyyəti yüksəldilməlidir. İstanbulda 30 faiz binalar (12.000 binadan 3600) dövlətə məxsusdur və bunların seysmik davamlılığı zəifdir. Dövlət vacib ictimai binaların modernləşdirilməsi və rekonstruksiyası işlərinə başlayıb. Dünya Bankının 2006-cı ildə işlədiyi “İstanbulda fəlakət riskinin azaldılması və fövqəladə hallara hazırlıq” layihəsi üzrə hökumətə təkilf edilmişdi ki, modernləşdirmə və yenidən inşa arasında seçim etməyə imkan verən qərara əsasən 840 binanın bərpa olunmasına başlanılsın. İstanbulda 2400 ictimai binanın 800-ü kritik vəziyyətdədir. Təxminən 35-38 faiz şəxsi binalar zəlzələyə qarşı möhkəmlik ehtiyatına malik deyil. 70 faizə yaxın binalar isə seysimik davamlılıq standartlarına uyğun gəlmir. Modernləşmə böyük vəsaitlər tələb edir.
Bizi narahat edən əsas məsələ odur ki, tikinti üçün uyğun sənədlərin olmaması və lisensiyasız tikintilər yeni binaların təhlükəsizliyini qiymətləndirməyə imkan vermir. Daha keyfiyyətli tikinti üçün mülkiyyətçiyə informasiya və stimul lazımdır və dövlət bu iki faktorun təminatı üçün çox işlər görməlidir. Söyləmək çətindir: Bəlkə də evlər uyğun standartlara və qaydalara əməl olunmaqla tikilsəydi 1999-cı ilin zəlzələsində xeyli insanın həyatını xilas etmək mümkün olardı.
Türkiyə çalışır ki, digər ölkələrin, Kaliforniya və Avropa ölkələrinin təcrübəsini tətbiq etməyə çalışsın. Türkiyədə seysmoloji rayonlarda tikinti normaları və qaydaları 1975, 1998 və 2007-ci illərdə işlənilib. Bu qaydalarda xeyli dəyişikliklər olub. 2006-cı ildə Türkiyənin üç şəhərində 40 Bələdiyyə məmuru rüşvətə və lisenziyalaşdırılmamış tikintiyə icazə verilməsinə görə həbs olunublar.”
Dünya Bankının və Birləşmiş Millətlər Təşkilatının ekspertlərinin gəldiyi qənaət bundan ibarətdir ki, 2000-ci ildə parlamentdə qəbul olunmuş tikinti nəzarəti haqqında yeni qanunun normalarına yetərincə əməl olunmur.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Qardaş ölkədə minlərlə insan təlafatı və zəlzələ zonasında böyük dağıntılar olmuşdur.
Analoji vəziyyət: Zəlzələdə dağılan binalarla bağlı 131 şübhəli şəxsin məsuliyyəti müəyyən edilib.
Düşünürəm ki, Dünya Bankı və Birləşmiş Millətlər Təşkilatının icra etdiyi birgə layihə dərindən təhlil olunmalı və müvafiq qərarlar qəbul olunmalı idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.