AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü

  • + A
  • - A
  • 15-02-2023, 16:45

    7 yaşlı məktəbli qız boğaz əməliyyatında öldü


    Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib.

    AzadMedia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü Yağmur Məmmədova Qobustan Rayon Mərkəzi Xəstəxanasında burun-boğaz əməliyyatı üçün narkoz verildikdən sonra qəfil vəfat edib.

    Qobustan şəhər A.Qayıblı adına 3 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olan Yağmurun narkozun təsirindən şoka düşdüyü və bu səbbədən vəfat etdiyi bildirilir.

    Faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, 3 həftə əvvəl Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu xəstəxanadan buraxılandan sonra yaşadığı evdə dünyasını dəyişib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR