AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı iş adamı Dubay aeroportunda saxlanılıb? - Yenilənib

  • + A
  • - A
  • 17-02-2023, 18:57

    Azərbaycanlı iş adamı Dubay aeroportunda saxlanılıb? - Yenilənib


    Ötən gün Azərbaycan vətəndaşı, biznesmen Xəyyam Səfərli Dubay hava limanında saxlanılıb.

    AzadMedia.az “Haqqin.az”a istinadən xəbər verir ki, iş adamı saxlanılmazdan bir qədər sonra məsələ ilə bağlı öz instaqram hesabında paylaşım edib.

    Məlumata görə, X.Səfərli hər hansı səbəb olmadan saxlanılıb, onun iş vizası isə ləğv olunub.

    Sayt yazır ki, Birləşmiş Ərəb Əmirliklərində yüzlərlə digər Azərbaycan vətəndaşına qarşı da oxşar addımlar atılır. Azərbaycanın BƏƏ-dəki səfirliyindən sayta verilən məlumata görə, diplomatik nümayəndəlik Xəyyam Səfərli ilə bağlı yaranmış insidentlə əlaqədar BƏƏ-nin Xarici İşlər Nazirliyinə nota göndərib.

    ***

    Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır, ictimaiyyətə məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR