AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ mediasından zəlzələ ilə bağlı dondurucu Şərh gəldi - Eksklüziv

  • + A
  • - A
  • 17-02-2023, 22:13

    ABŞ mediasından zəlzələ ilə bağlı dondurucu Şərh gəldi -



    Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin sayı hər keçən saat artarkən, ABŞ-ın nüfuzlu qəzetlərindən olan Wall Street Journal-dan təəccüblü bir təhlil gəldi.

    Azadmedia.az xarici KiV-ə istinadən bildirir ki, Türkiyə zəlzələ fəlakəti ilə sarsıldığı bir vaxtda ABŞ mediasından diqqət çəkən bir xəbər gündəmdə idi..

    ABŞ-ın ən çox oxunan qəzetlərindən olan Wall Street Journal Türkiyədə baş verən zəlzələ ilə bağlı geniş xəbər dərc edib. Stiven Kalin və Daniella Çeslovun yazdığı xəbərlərdə “Zəlzələ Türkiyənin yüksəlişini simvolizə edən çoxmənzilli binaları cinayət səhnəsinə çevirdi” başlığı ilə yer alıb.

    Məqalədə deyilir: “Qaziantep və Türkiyənin zəlzələdən zərər çəkmiş digər şəhərlərində 200-dən çox podratçı həbslə qarşı-qarşıyadır.

    12 mərtəbəli Renaissance Residence-in iki həftə əvvələ qədər “Cənnətin bir parçası” kimi bazara çıxarıldığı və şəhərin urbanizasiyasının simvolu olduğu bildirilərkən, “İndi 249 evdən ibarət bina yüzlərlə insanın cəsədi və cinayət yeri” olaraq məzarlığa çevrilib.

    Yüzlərlə memar, mühəndis və podratçının həbs oluna biləcəyi vurğulanarkəm və camaatın hiddətləndiyi bir vaxtda Erdoğan hökuməti ölkə daxilində, xüsusən də ötən həftə baş verən zəlzələnin baş verdiyi mühafizəkar Anadolu coğrafiyasında tikinti işlərində artım müşahidə edilib -deyildi.

    Bölgə əfvinə reaksiyaların olduğu bildirilərkən, prezident Erdoğanın dağılan binaların 98 faizinin 1999-cu il zəlzələsindən əvvəl tikildiyi barədə sözləri xatırladılıb. Wall Street Journal-ın xəbərində, “Erdoğan çərşənbə axşamı televiziyada dağılmış binaların 98 faizinin 1999-cu il zəlzələsindən əvvəl tikildiyini söylədi, lakin bu iddia təsdiqlənə bilmədi. Viskonsin ştatı qədər böyük ərazidə binaların sökülməsi 20 ildir davam edən tikinti çılğınlığının titrək zəmində edildiyini göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR