Kəlbəcərdə ölümlə nəticələnən hadisə baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Toğanalı-Kəlbəcər tunelində daş qopması nəticəsində fəhlə dünyasını dəyişib.
Həmin şəxsin Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Osman Kaya olduğu bildirilir.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.