AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdar rəssam Ağasaleh Nuriyev 83 yaşında vəfat etdi - SON DƏQİQƏ

  • + A
  • - A
  • 23-02-2023, 17:42

    Əməkdar rəssam Ağasaleh Nuriyev 83 yaşında vəfat etdi -



    BAKI, 23 fevral — Azadmedia.az.


    Azərbaycanın mədəniyyətinə itki üz verib.

    Əməkdar rəssam Ağasaleh Nuriyev fevralın 23-də, 83 yaşında vəfat edib.

    Ağasaleh Məmmədhüseyn oğlu Nuriyev 28 mart 1940-cı ildə Bakıda anadan olub.
    1962-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu rəssam-monumentalçı ixtisası üzrə bitirib. 1976-cı ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilib. Əsərləri respublikamızla yanaşı Rusiya, Almaniya və Türkiyədə sərgilərdə nümayiş olunub.

    Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. O, Azərbaycan Rəssamlar İttifaqında (“Flora və fauna”, 1973), Səməd Vurğunun Ev-Muzeyində (1975) vitraj kompozisiyaları, AMEA Əlyazmalar İnstitutunda M.Füzuli və M.Ş.Vazehin vitraj portretləri, Bibiheybət məscidində vitrajların müəllifidir.

    Dəzgah vitraj nümunələri arasında “Kristal struktur”, “Ritmik kompozisiya I”, “Bürkü”, “Uçuş”, “Metamorfoz”, “Noktürn”, “Müasir ritmlər”, “Major kompozisiyası” və s. əl işləri xüsusilə maraq doğurur. Rəssam “Musiqiçilər” kompozisiyası (“İnşaatçılar” metro stansiyasının bədii tərtibatı) ilə Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (1976) iştirak edərək medala layiq görülüb.

    Ağasaleh Nuriyev 2006-cı ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. “Nurlu sənət dünyası” adlı sonuncu fərdi sərgisi 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində keçirilib.

    Allah rəhmət eləsin!

    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR