AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO

  • + A
  • - A
  • 27-02-2023, 10:45

    Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO


    "Qanuni oğru" Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib.

    Azadmedia.az rus mətbuatına istinadən xəbər ki, bu barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb. Məlumata görə, o, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib.

    Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

    Rəşad İsmayılov "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxınları kimi tanınan Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlində təqsirli bilinib. Hadisə 2009-cu il mayın 15-də baş verib. Adıçəkilən şəxslər "BMW X5" markalı avtomobildə "TT" markalı tapança və "Kalaşnikov" avtomatından güllələniblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR