Bakı, 28 fevral - Azadmedia.az
ABŞ-ın Utah ştatında şəhərlər üçün yeni su mənbələri axtarılır.
Son illərdə xüsusilə ABŞ-ın qərb bölgələrində yaşanan quraqlıq inkişaf etməkdə olan şəhərləri yeni su ehtiyatları axtarmağa vadar edir.
CNN-də yayımlanan xəbərlərdə Utah ştatının cənub bölgəsində əhalisi artan şəhərlərin su ehtiyacları və həll yollarından bəhs edilib.
ABŞ-da ən sürətlə böyüyən yaşayış məntəqələrindən biri olan 225 kilometr uzaqlıqdakı Pauel gölündən suyun çəkilməsi üçün boru xətti çəkilməsə, Corc şəhərinin qeyri-müəyyən gələcəyinə diqqət çəkildi.
Kolorado çayından qidalanan və ABŞ-ın ikinci ən böyük su mənbəyi olan Povel gölünün bu qış yağan qar və yağışa baxmayaraq bənd kimi tikildiyi 1960-cı illərdən bəri, hələ də ən aşağı su səviyyəsində olduğu vurğulanıb.
Vaşinqton Su Mühafizəsinin İdarəedici Direktoru Zak Renstrom dedi ki, onlar mövcud sudan çox qənaətlə istifadə etsələr də, uzunmüddətli inkişaf üçün Pover gölünün suyuna ehtiyac var.
Amerikanın qərbinə təsir edən 23 illik meqa quraqlıqdan qabaq ABŞ-ın ən böyük su mənbəyi olan Kolorado ştatındakı Miid və Utah ştatının ikinci ən böyük su mənbəyi olan Povel gölünün doluluq nisbətinin yüzdə 95 civarında olduğunu xatırladan Udall, hər iki gölün doluluq nisbətinin dörddə bir civarında olduğunu qeyd etdi.
Qlobal istiləşmə ilə ekstremal hava hadisələri arasındakı əlaqəni araşdıran beynəlxalq alimlər qrupu olan tərəfindən 2022-ci ilin oktyabr ayında aparılan araşdırmada, keçən ilin yayında Şimal yarımkürəsində quraqlığın iqlim dəyişikliyi səbəbindən 20 dəfə artdığı bildirildi.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.