AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada "qanuni oğru" həbs edildi

  • + A
  • - A
  • 1-03-2023, 10:23

    Rusiyada "qanuni oğru" həbs edildi


    Stavropol Ərazi Məhkəməsi 2004-cü ildə Moskvada kriminal avtoritetlərin iclasında "qanuni oğru" statusu almış 48 yaşlı Qaraçay-Çərkəz sakini barəsində hökm çıxarıb.

    AzadMedia.az rus mətbuatına istinadən xəbər verir ki, o, “Cinayət aləmində ən yüksək vəzifə tutma” maddəsi ilə təqsirli bilinib.

    "17 ildən artıqdır ki, o, Rusiyanın cənubunda, o cümlədən Stavropol diyarında fəaliyyət göstərən kriminal elementlərə rəhbərlik edib və dəfələrlə kriminal mühitdə maliyyə və digər münaqişələrin həllində iştirak edib", - KİV yazıb.

    Bildirilir ki, məhkəmə qanuni oğrunu 100 min rubl cərimə və 1,5 il azadlığın məhdudlaşdırılması ilə ciddi rejimli koloniyada 8 il müddətinə azadlıqdan məhrum edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR