Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb.
AzadMedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü dördüncü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Məlum olub ki, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.
G.Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.