Leonardo Da Vinçi İntibah dövründə yaşamış italyan hazarfen idi. Hazarfen isə bir çox fərqli elm sahələrində geniş biliyə malik insanlar deməkdir.
Leonardo Da Vinçi kimi qədim elm və sənət adamları indiki şəraitdə hazarfen kimi tanınırlar.
Leonardo da Vinçinin anası çərkəz olub.
Bu barədə italyan yazıçısı və ədəbiyyat professoru Karlo Veççe məlumat verib.
Veççe Florensiya Dövlət Arxivində Leonardonun anadan olmasından təxminən altı ay sonra, 1452-ci ilin noyabrında bir qadının azad edilməsinə dair imzalanmış sənəd aşkar edib.
Notariusda onun Yakov (Yaqub) adlı çərkəz şahzadəsinin qızı olduğu yazılıb. Sənədi gələcək rəssamın atası notarius Pyer da Vinçi imzalayıb.
Alim bildirib ki, Katerina adlı qadın Qafqazdan Venesiya vasitəsilə Florensiyaya qul kimi gətirilib. Toskana şəhərində o, toxucu işləyib.
Veççe Leonardonun qadının ilk övladı olmadığını da iddia edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.