Bakı, 18 mart — Azadmedia.azQədim Qobustan torpağında Novruz
Martın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Qobustan qoruğunda Novruz şənliyi təşkil edilib.
Tədbir meydanında qurulan çadırlarda Azərbaycanın zəngin mətbəxini, xalqımızın etnoqrafiyasını əks etdirən nümunələr və bayram atributları nümayiş olunub. Ozan baba və Bahar qızın gətirdiyi məşəllə dəvətlilərin iştirakı ilə bayram tonqalı yandırılıb.
Aktyorların ifasında səhnəciklər, kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılara xoş bayram ovqatı bəxş edib.
Tədbirdə, həmçinin əl işlərindən ibarət sərgi açılıb və satış yarmarkası təşkil olunub.
Ülkər Piriyeva