AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın Novruz bayramında bölgələrə qastrol səfərləri həyata keçirilir - Mədəniyyət Nazirliyi

  • + A
  • - A
  • 23-03-2023, 18:27

    “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın Novruz bayramında bölgələrə qastrol səfərləri həyata keçirilir -


    Bakı, 23 mart — Azadmedia.az


    Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın Novruz bayramı ilə bağlı tətil günlərində bölgələrə qastrol səfərləri həyata keçirilir.

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
    Qastrol proqramına əsasən, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Gəncə teatrsevərlərinin qonağı olub. Kollektiv martın 22-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşanı Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirib.
    Tamaşanın quruluşçu rejissoru Yonas Vaytkus, quruluşçu rəssamı Arturas Şimonis, geyim üzrə rəssamı Sandra Straukayte, musiqi tərtibatçısı Alqirdas Martinaytisdir (dördü də Litvadan). Xoreoqrafiya Tahir Eynullayevə, videoinstalyasiya Emin Mirabdullayevə məxsusdur.
    Səhnə əsərində rolları Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Maqsud Məmmədov, Murad Məmmədov, Həcər Ağayeva, Teymur Rəhimov, Mariya Dubovitskaya, Bella Safina (Klimaşeva), Oleq Əmirbəyov, Yuri Omelçenko, Natavan Hacıyeva, digər artistlər Rüstəm Kərimov, Yeganə Hüseynli, Fəridə Nesterenko, Zaur Terequlov, Ramil Əliyev, Olesya Qasımova, Zaur İskəndərov, İoanna Ferştandt, Rumiyyə Ağayeva, Fərid Bəhramov və başqaları canlandırıblar.
    “Yeddi gözəl”in Nizami yurdunda nümayişi teatrsevərlər üçün ikiqat bayram olub. Tamaşaçılar paytaxt teatrının səhnə məharətini böyük maraqla qarşılayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR