“Bu gün internet resurslarında təbliğ olunan bəzi bayağı mahnılar Azərbaycanın böyüməkdə olan nəslinə çox böyük ziyan vurur”.
Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu mahnıların yayımlanmasının qarşısı alınmalıdır.
S.Əliyeva söyləyib ki, ən vacib məsələ isə televiziya və radiolarda bu kimi mahnıların səsləndirilməsi və onları ifa edənlərin efirə çıxarılması qadağan olunmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.