Türkiyənin hüquq-mühafizə orqanları İstanbul şəhərində İŞİD və Əl-Qaidə terror təşkilatlarına qarşı əməliyyat keçirib.
Türkiyə KİV-i xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Belə ki, əməliyyat nəticəsində 15 xarici vətəndaş saxlanılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorçulara qarşı mübarizənin qətiyyətlə davam etdiyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.