“ƏDV geri al” layihəsi tətbiq edildiyi vaxtdan cari ilin aprelinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 412 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
AzadMedia.az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, təkcə bu ilin yanvar-mart ayında geri qaytarılan ƏDV məbləği 36 milyon manatdan çox olub.
Xatırladaq ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara geri qayıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.