Time jurnalı bu il üçün 100 nüfuzlu şəxsin siyahısını açıqlayıb.
Belə ki, jurnalın açıqladığı siyahıda İranda həbsdə olan iki jurnalist və bir müğənninin adı da yer alıb.
Məlumata görə, müğənni Şərvin Hacıpur, jurnalistlər İlahə Məhəmmədi və Nilufər Həmidinin adları jurnalın siyahısına salınıb.
Qeyd edək ki, Şərvin Hacipur etiraz aksiyalarından təsirlənərək oxuduğu "Bəraye" mahnısına, jurnalistlər isə etiraz aksiyaları barədə məlumatlar yaydıqlarına görə saxlanılıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.