AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bitki Mühafizə ve Texniki Bitkilər ETİ-də “Heydər Əliyev və aqrar gənclik” mövzusunda müsabiqə keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 15-04-2023, 02:19

    Bitki Mühafizə ve Texniki Bitkilər ETİ-də “Heydər Əliyev və aqrar gənclik” mövzusunda müsabiqə keçirilib -


    Bakı, 15 aprel — Azadmedia.az

    Bitki Mühafizə ve Texniki Bitkilər ETİ-də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və aqrar gənclik” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

    Azadmedia.az xəbər verir ki, institutun direktoru Prof. Dr. İbrahim Cəfərov bildirib ki, gəncliyimizin uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin bilavasitə rəhbərliyi ilə 1969-cu ildə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda aqrar sahə sürətlə inkişaf edib. Prof. Dr. İbrahim Cəfərov son illər dövlət dəstəyi ilə aqrar iqtisadiyyatın aparıcı istiqamət olduğunu qeyd edib və bu yöndə açılmış elmi təminatın həyata keçirilməsi baxımından institutun və institut gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.

    Daha sonra Prof. Dr. İ.Cəfərov tərəfindən institut heyətinin iştirakı ilə ETİ-də “Heydər Əliyev və aqrar gənclik” mövzusunda keçirilən inşa yazı müsabiqəsində iştirak edən qaliblər mükafatlandırılıb.

    Qeyd edək ki, müsabiqə qaliblərinə institutun həmkarlar ittifaqı komitəsi hesabına pul mükafatları təqdim edilib.

    Bitki Mühafizə ve Texniki Bitkilər ETİ
    müsabiqədə iştirak edən bütün gənclərə təşəkkür edir!












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR